Ər-Riyaddan inanılmaz hədə: Neft 200 dollara, həm də yuanla...
15 Oktyabr 2018 14:49 DünyaSəudiyyə Ərəbistanı Camal Qaşıqçının qətlinə görə sanksiya tətbiq olunacağı halda ona qarşı xüsusi tədbirlər görəcək.
Bu barədə informasiyanı CNN televiziyası yayıb. Məlumata görə, hazırlanan tədbirlər planında ABŞ və onun avropalı müttəfiqlərinə qarşı iqtisadi, siyasi və hərbi xarakterli addımlar yer alıb. Belə ki, Ər-Riyad ona qarşı sanksiya tətbiq olunacağı təqdirdə neft qiymətlərini 200 dollara qaldıracaq, nefti dollar əvəzinə yuanla satacaq, Rusiyaya öz hərbi bazasını Tabuk şəhərində yerləşdirməsini, İrana düşmənçilik yerinə onu hərbi saziş təklif edəcək.
Yayılan məlumatla bağlı CNN-ə açıqlama verən Səudiyyə Ərəbistanının "Əl Ərəbiyyə" televiziyasının rəhbəri Turki bin Abdulla Aldaxil Ər-Riyada qarşı sanksiyaların iqtisadi fəlakətə səbəb olacağını bildirib:
"Neftin qiyməti 80 dollardır, amma bu, Trampı narahat edir. Bəs neftin qiyməti 100, hətta 200 dolları keçəcəyi təqdirdə, o, nə deyəcək?"
axar.az