Suriya ilə İsrail sərhədində keçid məntəqəsi uzun fasilədən sonra açılıb
15 Oktyabr 2018 14:11 Dünyaİsrail - Suriya sərhədində yeganə rəsmi keçid məntəqəsi olan Quneitrə əyalətindəki məntəqə 4 illik fasilədən sonra açılıb.
Suriya tərəfində keçirilən təntənəli açılış mərasimində rəsmi şəxslər, Suriya və Rusiya hərbçiləri, BMT nümayəndələri iştirak ediblər. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti isə tibbi yardım mərkəzi açıb. Mərasimin sonunda məntəqədən İsrail tərəfinə avtomobil korteji keçib.
İsrail ordusunun məlumatına görə, ilk mərhələdə məntəqədən yalnız BMT sülməramlıları istifadə edəcəklər.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31