Ruhani: "ABŞ İrana qarşı psixoloji və iqtisadi müharibə aparır"

"ABŞ öz hədəfinə çatmaq üçün İrana qarşı bir psixoloji və iqtisadi müharibə aparır". Bunu İran prezidenti Həsən Ruhani Tehran Universitetində çıxış edərkən deyib.

O bildirib ki, cari ilin mayın 8-də ABŞ prezidenti Donald Tramp ölkəsinin nüvə proqramı ilə bağlı birgə tədbirlər planından çəkildiyini, İrana qarşı birtərəfli tam sanksiyaların bərpasını açıqlayıb: "İrana qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin ilk bloku, İran avtomobil, qızıl və digər metallarda ticarətlə bağlı idi ki, bu tədbirlər avqustun əvvəlində bərpa edildi. Anti-İran blokunun ikinci mərhələsi, snksiyalar noyabrın 4-də qüvvəyə minəcək. Bu məhdudlaşdırıcı tədbirlər İranın enerji sektoruna, karbohidrogenlərlə bağlı əməliyyatlara və İranın mərkəzi bankı ilə bağlı əməliyyatlara aiddir"

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31