"Breksit" böhranı davam edir: Sabiq nazirdən çağırış
15 Oktyabr 2018 13:36 DünyaBöyük Britaniyanın sabiq Breksit naziri Devid Devis Nazirlər Kabinetinə çağırış edib.
O, kabineti "öz kollektiv mövqeyini göstərməyə" və Baş nazir Tereza Meyin Breksit müqaviləsinə qarşı çıxmağa səsləyib.
Devis həmçinin Böyük Britaniyanın Gömrük İttifaqında qalıb-qalmaması ilə bağlı sualı cavablandıraraq bildirib ki, bunu zaman göstərəcək.
Qeyd edək ki, Devid Devis iyulda Baş nazir Tereza Meylə ölkəsinin Avropa İttifaqından çıxış şərtləri ilə razılaşmadığı üçün vəzifəsindən istefa verib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31