Türkiyə Suriya ilə çiyin-çiyinə döyüşə başlayır – Şok iddia
15 Oktyabr 2018 13:23 DünyaBölgəmiz üçün daha ciddi təhdidlər gəlir, TSQ və Suriya ordusu yan-yana vuruşa bilər.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Fəratın şərqinə hücum" barədə açıqlamalarına münasibət bildirən "Yeni Şəfəq" nəşrinin baş redaktoru İbrahim Qaragül deyib.
"Fəratın şərqi Türkiyə üçün ən yaxın və ən ciddi təhdiddir. BƏƏ və Səudiyyə, ABŞ və İsraillə birlikdə bu xəritə üçün çalışırlar. Türkiyə, Rusiya , İran və Suriya burada yan-yana vuruşmağa məcbur ola bilər. "Olmaz" deməyin, daha böyük təhdidlər gəlir", - Qaragül bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə xüsusi təyinatlı qüvvələrin Fəratın şərqindəki terror düşərgələrini darmadağın edəcəyini açıqlamışdı.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31