Köçəryan seçkiyə niyə qatılmadı? - Ekspert

Ermənistanın eks-prezidenti Robert Köçəryan növbədənkənar parlament seçkisinə hazırlaşa bilməyəcək.

Bunu "SputnikErmənistan"a açıaqlamasında erməni polittexnoloq Karen Köçəryan deyib.

"Köçəryan təcrübəli siyasətçidir. Paşinyanın televiziyada çıxışından və 2 oktyabrda xalqı parlamentin qarşısına yığdıqdan sonra Köçəryan 2 ay ərzində heç bir qüvvə yarada bilməyəcəyini anladı. Köçəryan uduzmağı sevmir, ona görə də seçkidə iştirak etməyəcək. Gələcəkdə Köçəryan hansısa yeni qüvvə və blok yarada biləcək", - deyə o bildirib.

Qeyd edək ki, Köçəryan bundan öncə növbədənkənar parlament seçkisinə qatılmayacağını bəyan edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31