Rusiyanın İranı xilas planı üzə çıxdı

Rusiya İrana ABŞ sanksiyalarından yayınmaq üçün mexanizm yaratmağa kömək edəcək.

Bu barədə informasiyanı "Mako.co.il" saytı İran Xarici İşlər Nazirliyinin məxfi sənədinə əsasən yayıb.

Məlumata görə, yeni yaradılacaq mexanizm Rusiya, İran və Türkiyə liderlərinin Tehranda keçirilən üçtərəfli sammitində razılaşdırılıb. Yeni plana əsasən, İran bundan sonra öz neftini Xəzər dənizi vasitəsilə Rusiyanın neft emalı zavodlarına göndərəcək və neft buradan beynəlxalq bazarlara "rus nefti" kimi çıxarılacaq.

Belə mexanizmin yaradılmasını Avropa ölkələrinin də dəstəklədiyi vurğulanıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31