İraqda içməli sudan zəhərlənənlərin sayı 111 min nəfərə çatıb

İraqın Bəsrə şəhərində içməli sudan zəhərlənənlərin sayı 111 min nəfərə çatıb.

Bu barədə "Al-Sumaria"ya BMT-nin İnsan Haqları üzrə Ali Komissarının Bəsrədəki ofisinin direktoru Mehdi ət-Tamimi bildirib.

"Çirkli sudan zəhərlənənlərin sayı 111 min nəfərə çatıb", - deyə ət-Tamimi qeyd edib. O, əlavə edib ki, sudan zəhərlənmə halları məktəblilər arasında da mövcuddur.

Qeyd edək ki, ötən ay İraqda 27 minə yaxın insanın sudan zəhərləndiyi bildirilirdi. Zəhərlənməyə içməli suyun çirklənməsi səbəb olub.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31