Tramp: "Çin ABŞ üçün Rusiyadan da təhlükəlidir"
15 Oktyabr 2018 12:43 DünyaABŞ prezidenti Donald Tramp hesab edir ki, Çin Birləşmiş Ştatlara Rusiyadan da təhlükəlidir.
Bu barədə fikirlərini o, CBS telekanalına müsahibəsində açıqlayıb.
Ağ Ev rəhbərinin sözlərinə görə, Çin Xalq Respublikası ABŞ-a bu ölkədəki seçkilərə müdaxilə nöqteyi-nəzərindən ciddi təhlükə törədir.
"Rusiya (ABŞ-da keçirilən - red) seçkilərə müdaxilə edib, amma düşünürəm ki, Çin də müdaxilə edib", - deyə Tramp bildirib.
Xatırladaq ki, Tramp daha əvvəl Çin və Yaponiyanı hər il dünya okeanına təqribən 8 milyon ton tullantı atmaqda ittiham edib
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31