İranda hərbi xidmətdən yayınan gənc Türkiyə-Ermənistan sərhədini pozub
15 Oktyabr 2018 12:34 Dünyaİranda hərbi xidmətdən yayınan şəxs Türkiyə-Ermənistan dövlət sərhədini qanunsuz yolla keçdiyinə görə saxlanılıb.
Məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd Qoşunları İdarəsinin mətbuat xidməti yayıb.
İran vətəndaşının üzərindən şəxsiyyətini təsdiqləyən sənəd aşkar edilməyib. O, hərbi xidmətdən yayınmaq məqsədi ilə sərhədi pozduğunu açıqlayıb.
Qeyd edək ki, Türkiyə-Ermənistan dövlət sərhədi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd Qoşunları İdarəsinin hərbçiləri tərəfindən mühafizə olunur.
Onun erməni etnik qrupunun nümayəndəsi olduğu ehtimal edilir.
report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31