İrandan İraqa qanunsuz yanacaq daşınmasının qarşısı alınıb

İranın Pərvizxan gömrük keçidinin əməkdaşları ötən bir neçə gün ərzində qanunsuz şəkildə 265 min litrdən çox yanacağı gömrükdən keçirməyə cəhd edən İraq yük maşınlarını saxlayıblar.

Kirmanşah Gömrük İdarəsinin baş direktoru Xəlil Heydəri bildirib ki, yük maşınları İraqa məxsus olub. Sürücülər yanacaq qablarını yük maşınlarında gizlədiblərmiş.

Yanacağın qeyri-qanuni şəkildə İrandan çıxarılmasının əsas səbəbi region ölkələri ilə müqayisədə İranda yanacağın ucuz olmasıdır.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31