Türkiyədə casusluqda ittiham olunan amerikalı keşiş azadlığa buraxılıb

Türkiyədə casusluqda ittiham olunan amerikalı keşiş Endryu Branson azadlığa buraxılıb.

Məhkəmə onun 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb. 

Bu müddət onun həbsdə olduğu dövrdən çıxılıb və Endryu Branson məhkəmə zalından azadlığa buraxılıb. 

Məhkəmə onun Türkiyəni tərk etməsinə qoyulan qadağanı da ləğv edib. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31