Kraliça II Elizabetin qız nəvəsi iş adamı ilə ailə qurub
12 Oktyabr 2018 17:25 DünyaBöyük Britaniya kraliçası II Elizabetin qız nəvəsi, 28 yaşlı York şahzadəsi Eugeni çoxdandır yaxın olduğu 31 yaşlı şərab taciri Cek Bruksbankla ailə qurub.
Nikah mərasimi Vindsor qəsrində keçirilib.
Britaniya taxt-tacının vərəsəlik növbəsində doqquzuncu olan Eugeni indiki kraliçanın ortancıl oğlu şahzadə Endrü ilə York hersoqları nəslinin təmsilçisi Sara Fergüsonun (hazırda nikahda deyillər) kiçik qızlarıdır. Gənclər hələ 2011-ci ildə İsveçrənin Verbye qış kurortunda tanış olublar.
Qeyd edək ki, bu il mayın 19-da həmin tarixi məkanda kraliçanın nəvəsi şahzadə Harri ilə amerikalı aktrisa və model Meqan Marklın da nikah mərasimi keçirilmişdi.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31