Branson azadlıq yolunda: Şahidlər ifadələrini dəyişir

Amerikalı keşiş Endryu Bransonun məhkəmə prosesində şahidlərdən bəziləri ifadələrini dəyişib.

Bu barədə CNN televiziyasının müxbiri Ben Vedeman yazıb.

Müxbirin sözlərinə görə, əvvəl Branson əleyhinə ifadə vermiş şəxslərin bir neçəsi ifadəsini dəyişib və "qarmaqarışıq" yeni ifadələr veriblər. Məhkəmə prosesinə verilən 1 saatlıq fasilədən sonra isə yeni bir şahidin Bransonun lehinə ifadə verməsi gözlənilir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31