Almaniya Avstriya ilə sərhəddə nəzarət müddətini uzadıb
12 Oktyabr 2018 15:38 DünyaAlmaniya qanunsuz miqrant axını ilə əlaqədar Avstriya ilə sərhəddə nəzarətin müddətini 2019-cu il mayın 11-dək uzadıb.
Bu barədə keçirdiyi brifinqdə Almaniyanın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi Eleonora Peterman bildirib.
"Almaniya Avstriya ilə daxili sərhədindəki nəzarət rejiminin daha 6 ay müddətinə, yəni 12 noyabr 2018-ci il tarixindən 11 may 2019-cu ilədək uzadılmasına qərar verib. Bu qərar Avstriya, Danimarka, İsveç və Norveçin DİN başçıları ilə sıx koordinasiya əsasında qəbul edilib", - E.Peterman deyib.
O qeyd edib ki, rəsmi Berlinin məqsədi Şengen zonası daxilində nəzarətsiz hərəkətə qayıtmaqdır, amma hələ də Avropa İttifaqının xarici sərhədlərinin qorunmasında çatışmazlıq və yüksək səviyyədə qanunsuz miqrasiya axını var.
report