Qonşu ölkədə marixuana festivalı… – Hökumətdən şok tələb
12 Oktyabr 2018 15:30 DünyaGürcüstanın müxalifətdə olan Girçi Partiyası paytaxt Tiflisdə marixuana festivalı keçirmək niyyətindədir.
Bu barədə jurnalistlərə açıqlamasında partiyanın lideri Georgi Çaparidze deyib.
Partiya lideri bildirib ki, festival oktyabrın 20-də - prezident seçkilərindən bir həftə əvvəl şəhər parklarından birində təşkil olunacaq:
"Azadlığa ehtiyacı olan bütün vətəndaşlar bu festivala gəlməlidir. Hesab edirəm ki, Gürcüstan hökuməti marixuana yetişdirilməsini və istehsalını qanuniləşdiribsə, bu festivalın keçirilməsi üçün də heç bir problem yoxdur".
Çaparidzenin fikrincə, vətəndaşların marixuandan azad formada istifadə etməsi də qanuniləşdirilməlidir: "Hökumət bu təklifi nəzərə almalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31