“Boko-Haram”a ağır zərbə - 124 terrorçu məhv edildi
12 Oktyabr 2018 15:26 DünyaNigeriyanın Borno әyalәtinin Metele bölgәsindә hәrbi bazaya girməyə çalışan "Bok-Haram" terror təşkilatına üzvlərinə ağır zərbə endirilib.
Nigeriya ordusu 76 terrorçunu məhv edib.
Atışma zamanı 7 әsgәr hәlak olub, 16-si isə yaralanıb.
Çadda baş verәn qarşıdurmada isə 48 terrorçu öldürülüb. Çad ordusu 8 itki verib.
Beləliklə, Çad və Nigeriyada ümumilikdə 124 terrorçu zərərsizləşdirilib.
Qeyd edək ki, Nigeriyada "Boko-Haram"ın hәyata keçirdiyi terror aktları nәticәsindә 2000-ci ildәn indiyәdәk 20 mindәn çox adam hәlak olub.
Çadda isə 2015-ci ildən bu günə qədər 2 minə yaxın yerli əhali qətlə yetirilib.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31