Rusiyanın Əsədə verdiyi S-300-ləri İran idarə edəcək
12 Oktyabr 2018 12:28 DünyaRusiyanın Suriyaya verdiyi S-300 zenit raket komplekslərini İrandan olan mütəxəssislər idarə edəcəklər.
Bu barədə informasiyanı İsrailin "DEBKA fayl" portalı yayıb. Məlumata görə, Moskva bilərəkdən Əsəd rejiminə 2016-cı ildə İrana verdiyi S-300-lərin bənzərini verib.
Hazırda İran hərbçilərinin Suriyaya yerləşdirilməsi prosesinin aktivləşdirildiyi bildirilib. Hesab edilir ki, bununla Moskva öz hərbçilərinin təhlükəsizliyini təmin edəcək.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31