"Mənə sui-qəsd sifarişi Ağ Evdən verilib" - Maduro
12 Oktyabr 2018 12:24 DünyaMənə qarşı sui-qəsd əmri Kolumbiyaya Vaşinqtondan verilib.
Bunu Venesuela Dövlət Televiziyasında çıxışı zamanı Prezident Nikolas Maduro deyib.
"Bütün dünyaya bəyan edirəm: Maduronun öldürülməsi əmri Boqotadakı hökumətə Ağ Evdən verilib. Məni öldürmək planı uğursuzluğa düçar olub. Mənim başımdan bir tük belə əksilməyəcək. Ona görə ki, məni Tanrı və xalq qoruyur", - deyə o bildirib. .
Qeyd edək ki, Maduroya qarşı sui-qəsd avqustun 4-də təşkil edilmişdi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31