Vəliəhd Qaşıqçını necə aldatmaq istəyib? – Gizli plan
12 Oktyabr 2018 12:11 DünyaSəudiyyə vəliəhdi Məhəmməd bin Salmanın Camal Qaşıqçını qaçırtmaqla bağlı 4 ay əvvələ aid planları ortaya çıxıb.
Bu barədə "Vaşinqton Post" nəşri yazıb.
Vəliəhdin planı MKİ-nin həyata keçirdiyi telefon dinləmələrindən sonra məlum olub. Plan barədə xəbərdar olan ABŞ kəşfiyyatının Qaşıqçıya xəbərdarlıq edib-etmədiyini məlum deyil.
Məlumata görə, vəliəhd 4 ay əvvəl Camal Qaşıqçını ölkəyə gətirərək həbs etdirməyə çalışıb. Vəliəhd Virciniya ştatında olan Qaşıqçıya ölkəyə qayıdacağı halda təhlükəsizliyinin təminatı və yüksək vəzifə sözü verib. Lakin təcrübəli jurnalist rəhbərliyin verdiyi vədlərə aldanmayıb və ölkəsinə getməkdən imtina edibmiş.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31