Meksikada barda partlayış nəticəsidə 1 nəfər ölüb, 10 yaralı var

Cümə axşamına keçən gecə naməlum quldurlar Meksikanın Oaxaka ştatının Tustepek şəhərində eyni zamanda iki bara partlayan qumbara ilə hücum ediblər. Nəticədə bir nəfər ölüb və daha 10-nu yaralanıb.

Bu barədə şəhərin prokurorluğu məlumat yayıb.

Qumbaralardan biri "Diva" barında partlayıb. Daha iki qumbara isə "Libelula" barının yerləşdiyi yerə atılıb. Lakin onlar partlamayıb.

Yaralılar xəstəxanalara yerləşdirilib. Hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Bundan əvvəl naməlum şəxslər Nuevo-Leon ştatında avtomobili atəşə tutaraq salonda olan 5 nəfəri qətlə yetiriblər.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31