Başqırdıstan Respublikasının rəhbəri vəzifəsindən azad edilib
12 Oktyabr 2018 11:53 DünyaRusiya prezidenti Vladimir Putin Başqırdıstan Respublikası rəhbəri Həmidov Rüstəm Zəkiyeviçin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə fərman imzalayıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda R.Həmidovun öz istəyi ilə vəzifədən getdiyi bildirilir.
Rusiya prezidentinin digər fərmanı ilə Xəbirov Radi Faridoviç Başqırdıstan Respublikasının yeni rəhbəri seçilənədək onun vəzifələrinin müvəqqəti icraçısı təyin olunub.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31