Kəşfiyyat polkovniki evində ölü tapıldı

Rusiya Xarici Kəşfiyyat Xidmətinin polkovniki Moskvadakı mənzilində ölü tapılıb.

Bu barədə Teleqramdakı "112" kanalında məlumat yayılıb. Bildirilir ki, polkovnikin cəsədini polislər aşkar ediblər.

Onun 8 oktyabrda bir avtomobil tərəfindən vurulduğu və xəstəxanaya aparıldığı vurğulanıb. Lakin sonradan polkovnik tibbi yardımdan imtina edib və evinə gedib.

Səhərisi gün isə o, evində ölüb.

AXAR.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31