Hindistan neft qiymətindən narazılıq edir - OPEK
11 Oktyabr 2018 18:05 DünyaBöyük neft idxalçıları hazırkı neft qiymətləri ilə əlaqədar diskomfort yaşayırlar.
Bunu jurnalistlərə açıqlamasında OPEK Baş katibi Məhəmməd Barkindo deyib. O, bununla bağlı bir neçə həftə əvvəl Hindistandan məktub aldığını və rəsmi Dehlinin neft bazarında yaranan vəziyyətə görə narazılıq etdiyini bildirib.
Barkindo bu məsələnin 17 oktyabrda Hindistan dövlət nümayəndələri ilə müzakirə ediləcəyini açıqlayıb.
AXAR.AZ
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31