Qaşıqçının qardaşını tikə-tikə doğradılar – Şok iddia
11 Oktyabr 2018 17:53 DünyaSəudiyyəli jurnalist Camal Qaşıqçının qardaşı Əhməd Qaşıqçı və həyat yoldaşı bazar ertəsi Ciddə şəhərində evə basqın edən maskalı şəxslər tərəfindən öldürülüb.
Bu iddia ilə Livanda nəşr olunan "Diyar" qəzeti çıxış edib.
Məlumata görə, Əhməd Qaşıqçının 3 uşağı qaçaraq həyatlarını xilas edib.
Hadisə şahidlərinin sözlərinə görə, əllərində qılınc olan maskalı şəxslər evə daxil olaraq, Əhməd Qaşıqçı və həyat yoldaşına zərbələr endiriblər. Qaşıqçı ailəsinin övladları evdən qaçaraq qonşulara sığınıb. Əhməd Qaşıqçının böyük oğlu Məhəmməd Qaşıqçı isə yoxa çıxıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31