Məşhur müğənni psixiatriya xəstəxanasına yerləşdirilib
11 Oktyabr 2018 17:07 DünyaAmerikalı aktrisa və müğənni Selena Qomes növbəti dəfə əsəb pozuntusu səbəbindən xəstəxanaya düşüb.
26 yaşlı müğənni son iki həftədə ikinci dəfə xəstəxanaya yerləşdirilib.
Onu həkimə qohumlarından biri gətirib. Qomes tez-tez qanda leykositlərin sayının az olması səbəbindən sağlamlığının pisləşməsindən şikayət edir.
Qeyd edilib ki, müğənni xəstəxananı tərk etmək istəsə də, həkimlər buna icazə verməyib. Hazırda Qomes psixiatriya müəssisələrindən birində müalicə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31