Rusiya fəzaya idarəolunan raket buraxılışlarını dayandırır

Rusiya fəzaya idarəolunan raket buraxılışlarını müvəqqəti dayandırır.

Buna səbəb bu gün Beynəlxalq Kosmik Stansiyaya yeni heyət aparan "Soyuz" daşıyıcı raketinin qəzaya uğramasıdır.

Rusiya Baş nazirinin müavini Yuri Borisov təhlükəsizliyi təmin etmək üçün bütün məsələləri araşdıracaqlarını və bu məsələnin xüsusi nəzarətə götürüldüyünü qeyd edib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31