Rusiyada kafedə kütləvi zəhərlənmə
11 Oktyabr 2018 16:13 DünyaRusiyada kafedə kütləvi zəhərlənmə baş verib. Leninski kəndində kafedə zəhərlənənlərin sayı 20 nəfərə çatıb.
Zəhərlənənlər dərhal xəstəxanaya yerləşdirilib. Onlardan 4 nəfərin azyaşlı olduğu bildirilir. Həkimlərin sözlərinə görə, kəskin bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilən xəstələrin vəziyyəti hazırda qənaətbəxşdir.
Hazırda kafedəki yeməklərdən nümunələr laborator analizlərə təqdim edilib, araşdırma başlayıb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31