Xameneidən bahalaşmaya qarşı tapşırıq

Tehranda bir sıra rəsmilərlə görüş keçirən İranın Ali dini lideri Əli Xamenei ciddi tapşırıqlar verib.

Xameneinin ofisindən yayılan məlumata görə, dini lider rəsmilərə ölkədəki bahalaşmanın qarşısının alınması, iqtisadi durumun düzəldilməsi ilə bağlı tapşırıqlar verərək, dərhal tədbirlər görülməsini istəyib.

Xamenei ABŞ-ın sanksiyalarına qarşı ölkənin öz təbii sərvətlərindən istifadə etməli olduqlarını bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31