ABŞ İran qüvvələrini vurmağı dəstəklədi - İsrail təşəkkür etdi
11 Oktyabr 2018 15:33 Dünyaİsrailin Suriyadakı iranyönlü qüvvələrə zərbə endirməsi haqqını dəstəklədiyinə görə ABŞ-a təşəkkür edirik.
Bu sözləri öz Tvitter səhifəsində İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Yuval Rotem paylaşıb.
"İran və onun Suriya ilə Livandakı terrorçu təşkilatlarına İsrailin suverenliyini və xalqını təhdid etməyə imkan verməyəcəyik. İsrailin özünümüdafiə haqqını açıq mövqe ilə dəstəklədiyinə görə, ABŞ Dövlət katibi Pompeoya təşəkkür edirik", - deyə o bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Pompeo İsrailin Suriyada İran qüvvələrinə zərbə endirməsini dəstəkləyib. O, İran qüvvələrinin təcili olaraq Suriyanı tərk etməli olduğunu bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31