"Pul ödəməsə, Rusiya AŞ-dan uzaqlaşacaq" - Yaqland
11 Oktyabr 2018 12:51 DünyaƏgər Rusiya 2019-cu ilin ortalarına qədər Avropa Şurasının üzlük haqlarını ödəməsə, təşkilatdan qovulacaq.
Bunu Avropa Şurasının Baş katibi Torbörn Yaqland jurnalistlərə açıqlamasında deyib.
"Nizamnaməyə əsasən, əgər dövlət iki il ərzində ödəniş etmirsə, o zaman 9-cu maddə tətbiq edilir. Rusiyanın ödənişi dayandırmasının iki illiyi iyunda tamam olur. Avropa Şurasına yarımçıq üzvlük qəbuledilməzdir. Biz buna dözümlülük nümayiş etdirməyəcəyik", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31