Makronun ardınca İrəvana Trudo da gəldi
11 Oktyabr 2018 12:11 DünyaFransa Prezidenti Emmanuel Makronla bərabər, Frankofoniya sammiti üçün İrəvana Kanada Baş naziri Castin Trudo, Belçika Baş naziri Şarl Mişel də gəlib. Sammitdə ümumilikdə 84 nümayəndə heyətinin iştirakı gözlənilir.
Sammit çərçivəsində bir neçə sənəd qəbul ediləcək. Bunlar sırasında əsas yeri "Birgə yaşamaq" deklarasiyası tutacaq.
Bundan başqa 6 qətnamə də qəbul ediləcək ki, bunlardan biri konfliktlərin həllinə aid ediləcək.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31