Fransızlar artıq ermənilərə lazım deyil” – Fenenko
11 Oktyabr 2018 12:30 DünyaFransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq qalır, lakin son 10 ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından tamamilə kənarda qalıb.
Bunu rusiyalı politoloq Aleksey Fenenko deyib.
Onun sözlərinə görə, bu illər ərzində ABŞ və Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həl prosesində aktiv olublar:
"Parisin həmişə Ermənistan daxilində mövqeyi güclü olub. Lakin Sərkisyan və Paşinyan hakimiyyətə gəldikdən sonra fransızlar özlərini Ermənistandan atılmış kimi hiss edirlər".
Fenenko hesab edir ki, Fransa ilə müqayisədə, ABŞ son illərdə Ermənistandakı mövqelərini gücləndirib: "İndi Ermənistandakı əsas üstünlük ABŞ və Almaniya QHT-lərinin əlindədir. Fransızlar isə artıq ermənilərə lazım deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31