ABŞ və Rusiya prezidentlərinin növbəti görüşünün mümkün tarixi və yeri açıqlanıb
11 Oktyabr 2018 12:15 DünyaABŞ Prezidenti Donald Trampla Rusiyanın dövlət başçısı Vladimir Putin gələn ilin əvvəlində Finlandiyada yenidən görüşə bilərlər.
Hər iki lider Finlandiyanın sədrlik etdiyi Arktika Şurasının 2019-cu ilin birinci yarısında keçirilməsi nəzərdə tutulan zirvə görüşünə dəvət ediliblər.
Hazırda gürüşün tarixi razılaşdırılır. Mümkün variantlardan biri 14 fevral - Müqəddəs Valentin günü göstərilir.
Qeyd edək ki, Donald Trampla Vladimir Putin arasında sonuncu görüş bu il iyulun 16-da Finlandiyanın paytaxtı Helsinki şəhərində keçirilib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31