Slovakiyada hərbi təyyarə qəzaya uğrayıb

Slovakiya HHQ-nin L-39 təlim təyyarəsi Sliaç hərbi bazası yaxınlığında qəzaya uğrayıb.

Bunu jurnalistlərə müdafiə idarəsinin rəhbəri Peter Qaydoş deyib. Onun sözlərinə görə, hadisə zamanı hər iki pilot katapulta etməyi bacarıb.

Qaydoş həmçinin qeyd edib ki, təyyarə manevrlərin biri zamanı idarəerməni itirib və yerə düşüb: "Qəzaya səbəb mühərrikin sıradan çıxması olub".

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31