Turistlər üçün ən bahalı şəhərlər reytinqinə Dubay başçılıq edir
11 Oktyabr 2018 11:26 DünyaTuristlər üçün ən bahalı şəhərlər reytinqində birinci yerdə Dubay qərarlaşıb, burada turistlər orta hesabla 537 dollar xərcləyir.
Bunu "Mastercard" "Global Destination Cities Index" reytinqində bildirir.
Reytinqin ikinci pilləsində Parisdi (301 dollar), üçlüyü Sinqapur şəhəri tamamlayır (286 dollar). Bundan başqa, ilk beşliyə Seul (181 dollar) və Banqkok (173 dollar) daxil olub.
Daha sonra Tokio (154 dollar), London (153 dollar) və Nyu-York şəhərləri (147 dollar) gəlir.
Reytinqin tərtib olunmasında "Mastercard" əcnəbilərin dünyanın 162 şəhərində ödəmələri haqqında məlumatlardan istifadə edir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31