Hindistan güclü qasırğanın astanasında: insanlar təxliyə edilir

Güclü "Titli" qasırğasının yaxınlaşması ilə əlaqədar Hindistanın Orissa ştatının 5 sahilboyu rayonundan təqribən 300 min insanın təxliyəsinə başlanılıb.

Qasırğa, sürəti saatda 140-150 km-ə çatan küləyin sürəti tezliklə Orissanı bol yağıntılara qərq edəcək. Sonra qasırğanın şimala tərəf, Qərbi Benqaliya ştatına üz tutacağı bildirilir.

Bu gün Orissada əksər dövlət qurumları bağlanıb. İctimai nəqliyyat işləmir. Balıqçılara dənizə çıxmamaq tövsiyə olunub.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31