Ukraynada polislə etirazçılar arasında toqquşma olub

Ukrayna paytaxtı Kiyev şəhərində Daxili İşlər Nazirliyi binasının qarşısında piketçilərlə polis arasında toqquşma baş verib.

Ötən gecə deputat İqor Lutsenkonun köməkçisi Serhiy Mazurun yaşadığı mənzilə partlayıcı qurğu atılıb.

Nəticədə S.Mazurun atası xəsarət alıb. Polis hadisəni adamöldürmə cəhdi kimi tövsif edib.

Bu gün S.Mazur və bir qrup deputat baş verənlərlə bağlı DİN əməkdaşları ilə görüşməyə gəliblər. Bina qarşısında həmçinin toplaşan 50 nəfər piket keçirib və polis etirazçılara müdaxilə edib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31