Rusiyalı turist diş ağrısına görə intihar etdi
10 Oktyabr 2018 16:32 DünyaComtendə cəsədi tapılan rusiyalı turistin diş ağrısına görə intihar etdiyi bildirilib.
Bununla bağlı "Pattaya One News" nəşri məlumat yayıb.
Polisləri hadisə yerinə 46 yaşlı turistin qızı və dostu çağırıb. Qapını sındıran polis kişinin cəsədini aşkar edib.
Məlum olub ki, kişi beş ay əvvəl Tailandda qızı və dostları ilə istirahətə gəlib. O, evdə tək qalıb və intihar etmək niyyəti ilə bağlı heç vaxt danışmayıb. Eyni zamanda, o, dəhşətli diş ağrısından əziyyət çəkib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31