Nurməhəmmədov Putinlə görüşə gedir
10 Oktyabr 2018 16:17 DünyaRusiyalı döyüşçü Həbib Nurməhəmmədov bildirib ki, Ulyanovskda keçiriləcək "Rusiya - idman nəhəngi" forumunda Rusiya prezidentiVladimir Putinlə görüşmək istəyir.
İdmançı Ulyanovska uçacaq nümayəndə heyətinin tərkibinə daxil edilib.
"Biz elə bunun üçün oraya uçuruq", - o, təyyarədə jurnalistlərə bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Putinin Nurməhəmmədovla ayrıca görüşü hələ planlaşdırılmayıb.
Ötən bazar günü Nurməhəmmədov UFC turniri çərçivəsində növbəti qələbəsini qazanıb. Putin rusiyalı döyüşçüyə zəng edərək, onu təbrik edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31