Son 20 ildə dünyada təbii fəlakət qurbanlarının sayı açıqlanıb
10 Oktyabr 2018 15:45 DünyaSon 20 ildə dünyada baş verən təbii fəlakətlər nəticəsində 1,3 milyon insan ölüb, 2,9 trilyon ABŞ dollarından artıq maddi ziyan vurulub.
Bu barədə BMT-nin Təbii Fəlakətlər Təhlükəsini Azaltma Ofisinin (UNİSDR) məruzəsində bildirilir.
Qeyd olunub ki, 1998-2017-ci illər ərzində təbii fəlakətlərlə bağlı dünyadakı maliyyə itkiləri 251 faiz artıb. Təbii fəlakətlərdən zərər çəkən ölkələrin maliyyə ziyanı 2,908 trilyon ABŞ dolları təşkil edib ki, bunun da 77%-i meteoroloji hadisələrin payına düşür.
Təbii fəlakətlər üzündən ən çox maliyyə itkiləri ilə üzləşən ölkələr ABŞ (944,8 milyard dollar), Çin (492,2 milyard dollar), Yaponiya (376,3 milyard dollar) və Hindistandır (79,5 milyard dollar).
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31