Çarukyan Sərkisyanı niyə satdı? – Nikolla sazişin detalı
10 Oktyabr 2018 15:43 DünyaErmənistan Baş nazir Nikol Paşinyan Qagik Çarukyana parlamentə girməyə maneə yaratmayacağına söz verib.
Bu barədə məlumatı "Qraparak" qəzeti yayıb.
"Tərəflər arasındakı razılaşmaya əsasən, Çarukyana qarşı heç bir siyasi təqib, təzyiq olmayacaq. Bu həm də Paşinyanın Çarukyan Blokunu ana müxalifət edəcəyi, digər siyasi qüvvələrin 3-cü və 4-cü yerləri tutacağı deməkdir", - deyə qəzet bildirib.
Qeyd edək ki, Çarukyan Bloku Respublikaçılar Partiyasının parlamentin buraxılmasını ənəgəlləyən dəyişikliyin hazırlanması və qəbulunda aktiv iştirakı ilə diqqət çəkmişdi. Buna görə də N.Paşinyan Çarukyan Blokunun əsas partiyası - Çiçəklənən Ermənistandan hökumətdə təmsil olunan nazirləri və qubernatorları istefaya göndərmişdi. Bunun ardınca isə N.Paşinyan Çarukyanla seçkilərin bu il dekabrda keçirilməsi üçün razılıq əldə edə bildi.
axar.az