“Kurtsla Putin 4 dəfə görüşür, ittiham olunan isə bizik?”

Avropa Birliyinin Budapeşti Rusiya ilə yaxınlıqda ittiham etməsi əsassızdır.

Bunu "Der Standart" qəzetinə müsahibəsində Macarıstan Xarici İşlər naziri Peter Siyarto deyib. O, Brüsselin Moskva ilə daha sıx əlaqəsinin olduğunu, amma bunu gizlətdiyini bildirib:

"Onlar öz böyük bizneslərini səthi mübahisələr fonunda gizlədirlər. AB ilə Rusiya arasında əlaqənin yüksək olmasına ən böyük sübut Avstriya kansleri Sebastian Kurtsla Vladimir Putinin bir ildə 4 dəfə görüşməsidir. Digər tərəfdən, Rusiya və Fransa arasında telefon danışıqları artıb, Fransanın lideri Makron isə Sankt-Peterburq iqtisadiyyat forumuna gedib. AB yanlış istiqamətdə irəliləyir. Avropa Komissiyasına köklü dəyişikliklər lazımdır".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31