ABŞ Kalaşnikov pulemyotları istehsal etmək istəyir?
10 Oktyabr 2018 15:20 DünyaABŞ-ın Kalaşnikov pulemyotları istehsal etmək niyyəti Rusiya silahının etibarlılığını göstərir.
Bunu "Kalaşnikov" konserninin mətbuat xidmətindən bildirsələr də, məsələ ilə bağlı konkret plan barədə məlumatlı olmadıqlarını deyiblər:
"Məlumatımız yoxdur. Lakin təəccüblənmədik, çünki bu, bizim silahların etibarlılığını və keyfiyyətini bir daha təsdiq edir".
Bir müddət əvvəl "National Interest" nəşri yazmışdı ki, ABŞ-ın xüsusi əməliyyatlar üzrə komandanlığı modernləşdirilmiş Kalaşnikov və NSV "Utyos" iri çaplı pulemyotlarının texnologiyasını yaxşılaşdırmağı və onların oxşarını istehsal etməyi bacaran şirkətlərə qrantlar təklif edib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31