Tanınmış aktyor Trampı “satqın” adlandırdı
10 Oktyabr 2018 14:40 DünyaCim Kerri "The New Yorker Festival"ında çıxış edib. Bu dəfə aktyorBrett Kavanonun ABŞ-ın ali hakimi postuna namizədliyinin təsdiq edilməsi ilə bağlı Trampa qəzəblənib.
Bu, bəzi qadınların Kavanonu seksual zorakılıqda ittiham etməsinə baxmayaraq, təsdiq edilib. Kerrinin fikrincə, ABŞ prezident səlahiyyətlərinə yenidən baxmalıdır. Aktyor hesab edir ki, çətin ki atalarımız satqının ölkəni idarə etməsinə razı olsun.
Kerridən siyasətə qatılmaqla bağlı fikri soruşulub. Aktyor cavab verib ki, onun keçmişi ilə bu, mümkün deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31