İnquşetiyada gərginlik: parlament iclas keçirə bilmədi

İnquşetiya parlamenti Çeçenistanla imzalanan torpaq mübadiləsi haqqında razılaşmanın təsdiq edilməsi barədə parlamentdəki səsvermənin nəticələrini ləğv etmək üçün növbədənkənar iclas keçirməyə cəhd edib.

Yetərsay olmadığı üçün iclas baş tutmayıb.

Qeyd edək ki, bundan öncə İnquşetiya ilə Çeçenistan arasında torpaq mübadiləsi haqqında müqavilə imzalanıb. Bu, İnquşetiyada kəskin etirazlara səbəb olub. Xalq küçələrə çıxıb və hökumətin istefaya getməsini tələb edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31