39 milyardlıq sərvətlə birinci oldu

Çinin araşdırma şirkəti ölkənin "ən zəngin insanlar" siyahısını hazırlayıb. 

Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, Çinin dünyaca məşhur e-ticarət nəhəngi "Alibaba"nın İdarə Heyətinin sədri Cek Ma 39 milyard dollar sərvəti ilə ölkəsinin ən zəngin insanı olub.

Əmlak şirkəti "Guangcou Evergrande"in İcraçı Direktoru Şü Ciayin 36 milyard dollar sərvəti ilə siyahının ikinci sırasında qərarlaşıb.

İnformasiya və texnologiya şirkəti "Wechat Tencent"in İcraçı Direktoru Pony Ma isə 35 milyard dollar ilə üçüncü pillədə yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31