Rusiya elit ordusunu bu ölkəyə yeritdi – Təsdiq

Britaniyanın "San" qəzetindən sonra RBK agentliyi də Rusiyanın Liviyaya öz hərbi hissələrini yerləşdirdiyini açıqlayıb.

Agentlik Rusiyanın Liviyada Xəlifə Xəftarın ordusu üçün kadrlar hazırladığını və ona ağır silahlar verdiyini bildirib. Belə ki, Moskva artıq Tobruk və Benqazi şəhərlərində iki baza yaradıb. Bu bazalarda "Vaqner" özəl hərbi şirkətinin muzdluları ilə bərabər, Rusiya Müdafiə Nazirliyinin elit desant dəstələri də yerləşdirilib. Bu dəstə Moskva yaxınlığındakı hərbi hissələrdən birindən Liviyaya göndərilib.

RBK-ya həmçinin faktı Liviya hökumətindəki mənbə də təsdiqləyib. Müdafiə Nazirliyindəki mənbə isə aktivliyin, əsasən, Rusiyanın neft-qaz maraqları ilə bağlı olduğunu bildirib.

Qeyd edək ki, Liviya hazırda iki yerə bölünüb. Ölkənin qərbinə Baş nazir Faiz Sarac, şərqinə isə Liviya Nümayəndələr Palatası, daha dəqiq desək, marşal Xəlifə Xəftar nəzarət edir. Xəftar bundan öncə Rusiyaya müraciət edərək, ona yardım etməsini istəyib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31