Paşinyan Sərkisyanın adamını yenidən nazir etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Qabriyel Kazaryanı Ermənistanın idman və gənclər naziri təyin edib.

Paşinyan bunu Nazirlər Kabinetinin iclasında deyib.

Qeyd edək ki, Kazaryan heç bir partiyanın üzvü deyil. O, 2014-2016-cı illərdə bu nazirliyə rəhbərlik edib. 2016-cı ildən sonra isə idman nazirinin müavini olub.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31