Türkiyədə daşqın - Küçələr palçıq altında qaldı

Türkiyənin cənub-qərbindəki Dənizli vilayətində daşqın baş verib.

Daşqın güclü yağıntılar nəticəsində baş verib.

Qeyd olunur ki, vilayətin bəzi rayonlarında yollar və küçələr palçıq altında qalıb, evləri və zirzəmiləri su basıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı məlumat verilməyib.

Hazırda daşqının fəsadlarının aradan qaldırılması ilə bağlı işlər aparılır.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31